​MSK-nın sədr müavini işdən çıxdı

Baxış sayı:
4840

Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini Natiq Məmmədov işdən çıxıb.
Milli Məclis MSK-ya yeni üzvün seçilməsi məsələsinə baxacaq.
Xatırladaq ki, N.Məmmədov 2004-cü ildə parlamentin qərarı ilə Mərkəzi Seçki Komissiyasının üzvü təyin edilib. O, Azərbaycan Respublikasının Mili Məclisində heç bir siyasi partiyaya mənsub olmayan və onun namizədliyini təqdim edən deputatları təmsil edirdi. N.Məmmədov 2010-cu ildə isə MSK-nın sədr müavini seçilib.
Natiq Məmmədov baş nazir Novruz Məmmədovun əmri ilə Azərbaycan Nazirlər Kabinetinin (NK) Aparatının rəhbərinə müavin təyin olunub.
NK Aparatının rəhbəri Ağa-Bala Hacıyevdir.