Məşhur astroloq Putin-Zelenski görüşü üçün ideal tarix açıqladı

Baxış sayı:
19610

Ukraynalı astroloq Vlad Ross Rusiya Prezidenti Vladimir Putinlə Ukrayna Prezidenti Vladimir Zelenskinin görüşü üçün ideal tarixi açıqlayıb. “Qafqazinfo” xəbər verir ki, onun fikrincə, iki Vladimir üçün ideal tarix 14 sentyabrdır. “Bu dövr 3 oktyabradək davam edə bilər. Görüş üçün ideal tarix isə 14 sentyabrdır”, - deyə Ross bildirib. Astroloqun fikrincə, məhz həmin tarixdə Merkuri və Venera Tərəzi bürcü altında birləşəcək ki, bu da yeni əlaqələr üçün ən məhsuldar dövrdür. Ross əlavə edib ki, Zelenski danışıqlarda qalstuksuz daha güclü görünür, bu səbəbdən Putini balıq tutmağa dəvət etməlidir.