Məscid-i Aksa-da dəhşətli yanğın

Baxış sayı:
11968

İşğal altındakı Şərqi Qüdsün köhnə şəhər hissəsində yerləşən Məscid-i Aksa-dakı təhlükəsizlik əməkdaşlarının otağında yanğın baş verib.
 
Qüds İslami Fondlar İdarəsindən edilən yazılı açıqlamada, Məscid-i Aksa-nın cənub-qərb hissəsində yerləşən Mervan-ı Məscidi bölgəsindəki otaqda axşam saatlarında uşaqların səbəb olduğu yanğın çıxdığı bildirilib.
Açıqlamada yanğının Məscid-i Aksa-nın yanğınsöndürənləri tərəfindən söndürüldüyü qeyd edilib.
Qeyd edək ki, işğal altındakı Şərqi Qüdsdə olan Məscid-i Aksa müsəlmanların ilk qibləsi olma xüsusiyyətini daşıyır və içində Qiblə Məscidi və Kubbetus Səhra Məscidi ilə yanaşı, kiçik məscidlər, muzey, mədrəsələr və böyük həyətin yer aldığı 144 hektar bir ərazidən ibarətdir.

Müxalifət.az