Moskvadan uçan təyyarəni partladacağı ilə təhdid etdi
30-08-2018 15:15
Baxış sayı:
1924

Rusiyanın paytaxtı Moskvadan Tacikistanın paytaxtı Düşənbəyə uçan təyyarədə bir yolçu, ona alkoqol testi aparmaq istəyən stüardessaya hücum edib. Sərxoş sərnişinin təyyarəyə bomba qoyduğunu iddia etməsindən sonra təyyarə təcili Moskvaya qayıdaraq eniş edib.
Təyyarəni partladacağını iddia edən yolçu Tacikistan əsilli 1993-ci il təvəllüdlü şəxs olub.
Mübahisə zamanı yolçular da hadisəyə müdaxilə edərək problem çıxaran adama hücum edib. Yalnız bundan sonra təyyarənin pilotu Moskva hava limanına qayıdış üçün icazə istəyib.
Hava limanında geniş təhlükəsizlik tədbirləri alınıb. Təyyarənin enməsindən sonra sərnişin nəzarətə alınıb və axtarış əməliyyatlına başlanılıb. Təyyarədə aparılan axtarışda isə bomba aşkar edilməyib.
Müxalifət.az