​Moskvada tələbə öncə müəllimini, sonra ÖZÜNÜ ÖLDÜRDÜ

Moskva şəhərindəki kollecdə müəllim və tələbənin cəsədi tapılıb.
Muxalifət.az xəbər verir ki, paytaxtın qərbində yerləşən kollecdə 44 yaşlı müəllim Sergey Danilov və III kurs tələbəsi Andrey Yemelyanenkonun üzərində bıçaq yaraları olan cəsədləri tapılıb.
İlkin versiyaya əsasən tələbə müəllimini bıçaqlayaraq qətlə yetirib. Daha sonra isə öz canına qəsd edib.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır./apa/