MƏN SAVAŞIN TƏRƏFDARIYAM... - Eldar Sabiroğlu yazır

Baxış sayı:
4209

A yoldaşlar, a qardaşlar, erməniyə inanmaq olmaz. Onun burnu tam ovulmayınca, kəlləsi dəmir yumruqla xurdi-xəşil edilməyincə Qarabağ problemininin danışıqlar yolu ilə həllinə bir 30 il də lazım olacaq. Paşinyan toplantı və görüşlərdə Azərbaycanın irəli sürdüyü haqlı məsələlərlə razılaşdığını bildirir, xarabasına dönər-dönməz vəziyyət tamamilə dəyişir və heç bir güzəştdən söhbət  getmədiyi barədə bəyanatlar ard-arda səslənməyə başlayır. Baxın, təzəcə Rusiya və Türkiyədən qayıdan baş nazir Paşinyan nəyə əl atdı?! 
Dünən gecədən Şuşa və Naxçıvan erməni silahlı birləşmələri tərəfindən aramsız atəşə tutulur. İtki varmı, yoxmu, rəsmi  məlumat olmadığından dəqiq söz demək çətindir. Görünür, danışıqlar zamanı tülkü Paşinyan vəziyyətin gərginləşməsində bütün günahları Köçəryanın və Sərkisyanın üzərinə yükləyə bilər, amma ondan soruşmaq gərək, ordunun baş komandanı kimi əsgərə əmri verən kimdir!? Yoxsa bu gün Şuşanın və Naxçıvanın atəşə tutulması göstərişini verən doğrudan faşist Köçəryanla Sərkisyandır!? Son vaxtlar onların adlarının hallanmasında həqiqətlər vardır. Bəli, bu adamların türkün qatı düşməni olduğu danılmazdır.
Paşinyan özünü heç bir halda kənarda saxlaya bilməz. Bu gün dövlət, hökumət və ordunun idarə olunmasına cavabdeh odur və onun bu məsuliyyətdən boyun qaçırması mümkün deyil. Azərbaycan cəmiyyətini bu cür dolayı fikirlər məngənəsinə salaraq üçüncü müharibənin başlıca səbəbkarları kimi başqa erməni cinayətkarları haqda ictimai rəy formalaşdırmaq nə dərəcədə ağlabatandır!? İstər Köçəryan, istərsə də Sərkisyan olsun, onlar canidirlər və inanın, təkcə Xocalı faciəsinə görə əlimə düşsələr, ömründə qarışqanı əzməmişəm, lakin onların başını uf demədən kəsib zibilliyə ataram.
Təpədən-dırnağına qədər yalan və riyakarlıq üzərində yoğrulan bu iblisi mən çox gözəl tanıyıram... Qorxursa rədd olub hakimiyyətdən getsin. Yoxsa onun bu oyunbazlığı hər şeydən əvvəl öz başında çatlayacaq.

Erməni faşizmin yetiştirdiyi hansısa birinin hökumət rəhbərliyinə gəlməsini gözləmək əbəsdir. Bu məqamda atalarımızın gözəl bir sözü yada düşür: "İlanın ağına da, qarasına da lənət!" Bunlar Allah tərəfindən lənətləndiklərinə görə yaxşısını tapmaq möcüzə olardı.

Rəhmətlik nənəm həmişə mənə deyərdi, oğlum bunlarla çox oturub-durma, işdən çıxdın birbaşa evə gəl. Baban Xəlilə bacısı oğlu əsir düşdüyünə görə olmazın əzablarını verdilər, sonra da Mərkəzi Komitədəki məsul işindən çıxardılar. Halbuki onunla eyni halda olan ermənilər də vardı, onlara isə toxunmadılar. Deputatlığını da əlindən aldılar.
Sonuncu deportasiyada isə 250 mindən çox azərbaycanlını yuvasından qovub dağa-daşa salan erməni qatilləri 295 yurdkeşimizi vəhşicəsinə qətlə yetirdilər. İsgəndəryan Simon adlı rayon milis şöbəsinin rəisi Qaraqışlaq kənd sakini Müşfiqin dərisinə siqaret kötüyünü basaraq öldürmüşdü. Xocalıda isə hamilə qadının qarnını xəncərlə yarıb 7 aylıq körpəni ana bətnindən çıxarıb başını kəsən də ermənidir. Biz isə Xocalıda erməni faşizmin törətdiyi cinayətlərə hələ dözürük. O qədər dözdük ki, erməni də vaxtdan yararlanıb orada kilsəsini belə tikdi. Tutalım sabah qaytardıq bu şəhəri. Bəs kilsəni necə götürəcəyik?! Səs salacaqlar bütün dünyaya ki, Qarabağda türklər xristian abidəsini yerlə bir edirlər. Halbuki 100-lərlə məscidimizi dağıdan ermənilərin kilsəsini Bakıda göz bəbəyi kimi qoruyuq.

Ona görə də ilk növbədə Xocalının azadlıq hərbi planı üzərində işləyib oranı cinayətkarlardan təmizləməliyik. Mən müharibənin əleyhinəyəm, işğalçı erməni faşistləri isə məqsədləri üzərində möhkəm dayanmaq istəyirlər. Bu səbəbə görə də savaşın tərəfdarıyam.

Eldar SABİROĞLU