​Millimiz Bolqarıstana qalib gəldi

Azərbaycan millisi 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsində oktyabrın 16-da sonuncu oyununu keçirib.

Muxalifet.az xəbər verir ki, millimiz Qorna Oreçovitsa şəhərindəki “Lokomotiv” stadionunda Bolqarıstan yığması ilə görüşüb. Futbolçularımız Turan Vəlizadənin dubl etdiyi matçda 2:1 hesabı ilə qələbə qazanıb.