Məhəmməd Salahın maskası ilə soyğunçuluq etdilər

Baxış sayı:
4316

Misir polisi sifətlərini futbol üzrə ölkə yığmasının kapitanı və "Liverpul" komandasının hücumçusu Məhəmməd Salahın təsviri olan maska ilə gizlədən soyğunçu dəstəni yaxalayıb.

Bu barədə "Goal.com" xəbər verir.

Bildirilir ki, dörd silahlı şəxs Qahirədə mağazalardan birini qarət etməyə cəhd göstərib, amma polis onların qarşısını kəsib və bütün cinayətkarları yaxalayıb.

Qeyd edək ki, Salah "Liverpul"un heyətində 2017-ci ildən çıxış edir. O, həmçinin futbol üzrə Misir milli komandasının kapitanıdır. Hücumçu iki dəfə "Afrikanın ən yaxşı futbolçusu" mükafatına layıq görülüb.