Məhkəmə hakiminin avtomobilinə “PKK” yazdı: Həbs olundu

Baxış sayı:
6436

Terror təşkilatı PKK-ya üzvlük ittihamı ilə həbs olunan Mehmet K, bir müddət əvvəl həbssiz mühakimə olunmaq üzrə azad olunub. Müttəhim azad olduqdan sonra Adana Ədliyyə binasının yanına gələrək buradakı dayanacaqda saxlanılan bir məhkəmə hakiminin avtomobilinə "PKK" sözü yazaraq qaçıb. Ancaq hadisəni görən polislər şəxsi qavalamağa başlayıb. Qısa müddətli qovalamadan sonra şübhəli saxlanılıb. Mehmet K.-nın çıxarıldığı növbətçi məhkəmədə terror təşkilatı üzvlüyü və təşkilatı istifadə edərək təhdid etmə cinayətləri ittihamı ilə həbs olunub. Müxalifət.az