​MERKEL VƏ ŞULTS bir yerdə-4 aydan sonra koalisiya hökuməti qurmağa RAZILAŞDILAR

Baxış sayı:
922

Almaniyada parlamentə keçirilən seçkidən 109 gün sonra kansler Angela Merkelin başçılıq etdiyi Xristian-Demokratik və Xristian-Sosialist partiyalarından ibarət blok Sosial-Demokratik Partiya ilə koalisiya hökumətinin qurulması ilə bağlı razılığa gəlib. “Report” “dw”ya istinadən xəbər verir ki, yeni hökumət koalisiya müqaviləsi əsasında formalaşacaq. Almaniya Sosial-Demokratik Partiyasının təmsilçiləri 28 səhifəlik sənədi təsdiqləyib. Onlardan əvvəl Angel Merkelin başçılıq etdiyi mühafizəkar blok həmin sənədə müsbət münasibət bildirmişdi. Yaxın zamanda üç partiya mətbuat üçün bəyanatla çıxış edəcək. Bununla belə, Türkiyə ilə Avropa İttifaqı münasibətləri haqqında açıqlama verilib. Açıqlamada Türkiyənin Avropa İttifaqına üzvlüyü ilə əlaqədar yeni mövzu açmaq istəmədikləri, eləcə də bu məsələ ilə bağlı açılan mövzunu bağlamaq istəmədikləri bildirilib.