​Mehman Hüseynovun həbsxanadan görüntüsü yayıldı - FOTO

Baxış sayı:
10321

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü Sahib Məmmədov Mehman Hüseynovu ziyarət edərək onunla birgə çəkdirdiyi fotonu feysbuk hesabından paylaşıb.
Hüquq müdafiəçisi fotonun bu gün çəkildiyini bildirib. O, fotonun Mehman Hüseynovun icazəsi ilə paylaşdığını əlavə edib.
Qeyd edək ki, bir neçə gündür ki, həbsdə olan bloger Mehman Hüseynovun aclıq aksiyası keçirməsi, səhhətinin pis olması barədə ilə bağlı iddialar səsləndirilir. Lakin fotodan heç də hər şeyin iddia edildiyi kimi olmadığı görünür.