MEDVEDYEV GÜRCÜSTANI RUSİYANIN YARATDIĞINI DEDİ, QAZAXISTANI İSƏ "SÜNİ DÖVLƏT" ADLANDIRDI - “Ukrayna ələ keçiriləndən sonra sıra...”

Baxış sayı:
3616

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev növbəti dəfə ağlına gələni danışıb. Görünür, yenə sərxoş olan Medvedev sağa-sola təhdidlər yağdırıb.

Təhdid mesajlarını "Vkontakte" hesabında paylaşan Rusiya Təhlükəsizlik Şurasının sədr müavini ayıldıqdan sonra irihəcmli statusunu silsə də, onun fikirlərini əks etdirən  skrin-şotlar artıq dünya mediasını bəzəyir.

“Ukrayna ələ keçiriləndən sonra sıra Vətənimizin heç vaxt bitməyən sərhədlərinin bərpasına gəlib çatacaq” - deyə, Medvedev bildirib.

Ardınca Medvedev Gürcüstanın indiki sərhədləri daxilində Rusiya imperiyası dövründə yaradıldığını yazıb.

O, növbəti dəfə Qazaxıstanı təhdid edib. Belə ki, Qazaxıstanı "süni dövlət" adlandıran Rusiya Təhlükəsizlik Şurasının sədr müavini o qədər sərxoş olub ki, bu ölkənin ərazisində ilk dəfə rusların məskunlaşdığını iddia edib.

“Qazaxıstan hakimiyyəti müxtəlif etnik qrupların respublika daxilində məskunlaşdırılması təşəbbüslərini həyata keçirməyə başladı ki, bu da rusların soyqırımı kimi qiymətləndirilə bilər. Ruslar ora gələnə qədər nizam-intizam olmayacaq”, - Medvedev sonradan sildiyi yazısında bildirib.