Medvedevlə Paşinyan klubda əyləndi

Baxış sayı:
6034

Aprelin 29-da Yerevanda səfərdə olan Rusiya baş naziri Dmitri Medvedev erməni həmkarı Nikol Paşinyanla gecə klublarından birində əylənib.
Muxalifet.az "Qafqazinfo" -ya  istinadən verdiyi xəbərə görə, axşam saat 22:00-da "Club-12”yə baş çəkən rəsmilər desert sifariş verib, paxlava yeyib və hətta məşhur pop mahnılardan birinin versiyası altında rəqs ediblər.
"Onlar kluba əvvəlcədən masa sifariş etmədən, təsadüfən gəldilər. Klubda təxminən iki saat vaxt keçirdilər. "Project 12″ mahnıları onların çox xoşuna gəldi və hətta rəqs etdilər. Çox xoş və pozitiv atmosfer vardı. Hər şey sadə idi. Bundan başqa, onlar rəsmi geyimdə deyildilər”, – deyə klubun sahibi Narek Manukyan məlumat verib.