​Masazırda 16 yaşlı qız itkin düşdü

Baxış sayı:
4552

Abşeron rayonunun Masazır qəsəbəsində yeniyetmə qız itkin düşüb.
Muxalifet.az Trend-ə istinadən xəbər verir ki, qəsəbənin Nizami küçəsində fərdi evdə yaşayan, 2002-ci il təvəllüdlü Şükürova Ramilə Ramin qızı dekabrın 9-da evdən çıxıb və bir daha geri qayıtmayıb.
Məlumata görə, R.Şükürova sonuncu dəfə həmin gün axşam saatlarında paytaxtın Yasamal rayonu, Moskva prospektində görünüb.
Faktla bağlı araşdırma aparılır.