MAKRONUN HƏRF OYUNU: “PKK terrorçudur, YPG yox”

Baxış sayı:
178

Londonda Türkiyə, Almaniya, İngiltərə və Fransa rəhbərlərinin Suriya problemi ilə bağlı dördtərəfli görüşündən sonra jurnalistlərə açıqlama verən Fransa prezidenti Emmanuel Makron Türkiyə ilə bağlı bəyanat verib.
Muxalifet.az
bu barədə Hurriyyet.org-a istinadla bildirir. 
O, ortaq məxrəcə gəlmədikləri məsələlərin olduğunu bildirərək söyləyib: “PKK məsələsində bir qeyri-müəyyənlik yoxdur. Fransa PKK-nı terror təşkilatı kimi qəbul edir, qınayır və mühakimə edir. YPG üzvlərini isə tamamilə terrorçu olaraq qəbul edə bilmərik. Prezident Ərdoğan isə bununla razılaşmır. Bu anlaşılmazlığı bu gün ortadan qaldıra bilmədik. Türkiyə torpaqlarının təhlükəsizliyi bizi də narhat edir. Lakin İŞİD ilə kimin mübarizə apardığını unutmaq istəmirik”.
Muxalifet.az