Makrondan Putinə zəng: DİALOQ QURAQ
13-04-2018 17:20
Baxış sayı:
2719
Fransa Prezidenti Emmanuel Makronla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı baş tutub.
Muxalifət.az xəbər verir ki, prezidentlər Suriya məsələlərini müzakirə edib.
Suriyadakı vəziyyətin getdikcə gərginləşməsindən narahatlığını qeyd edən Makron sülh yaratmaq üçün Rusiya ilə dialoq qurmaq istədiklərini bildirib.