​Makron tarixi hadisəyə görə 80 lideri Parisə yığır

Baxış sayı:
3894

Fransa Prezidenti Emmanuel Makron 80 dövlət başçısını Parisə dəvət etməyi planlaşdırır.
Muxalifət.az xəbər verir ki, bunu Makron Yelisey sarayında fransız diplomatlar qarşısında çıxışı zamanı söyləyib.
O, dövlət başçılarını 11 noyabr 2018-ci ildə Birinci Dünya müharibəsinin bitməsinin 100 illiyi ilə əlaqədar keçiriləcək tədbirə dəvət edəcəyini bildirib. Prezidentin sözlərinə görə, bu tarixi dövrü xatırlamaq hər kəsin mənəvi öhdəliyidir.