​Makron İran məsələsi ilə bağlı ABŞ, İsrail və Səudiyyə Ərəbistanını tənqid etdi

Baxış sayı:
734

Muxalifət.az xəbər verir ki, Fransa prezidenti Emmanuel Makron bir çox sahədə müttəfiqi olan ABŞ, İsrail və Səudiyyə Ərəbistanının rəsmi açıqlamalarının İranda müharibəyə səbəb olacaq bəyanatlar olduğunu deyib.
Yelisey sarayında Yeni il münasibətilə jurnalistlərlə görüşən Fransa prezidenti Emmanuel Makron çıxışından sonra İrandakı etirazlarla bağlı suallara cavab verib.
İran ilə dialoq içərisində olmağın mühümlüyünü qeyd edən Makron bu ölkəyə qarşı beynəlxalq təzyiqin artırılması, lakin münasibətlərin kəsilməməsinin lazım olduğunu qeyd edib.
Prezident Makron deyib: “Bir çox cəhətdən müttəfiqimiz olan ABŞ, İsrail və Səudiyyə Ərəbistanının rəsmi bəyanatlarından görürük ki, az qala bizi İranda müharibəyə aparan açıqlamalar verirlər”.
Bu şəraitdə tarazlıq yaradılmasının mühüm olduğunu söyləyən Makron, İranın nümayişləri məhdudlaşdırmaq istiqamətində bir strategiya müəyyənləşdirməsinin lazım olduğunu bildirib.
Makron İran ilə münasibətlərin kəsilməsi halında şiddətli toqquşmaların yarana biləcəyi barəsində xəbərdarlıq edib.