Makqreqordan ŞOK ETİRAF: Həbib ədalətli qələbə qazandı

Baxış sayı:
4936

Yüngül çəki dərəcəsində dağıstanlı Həbib Nurməhəmmədova məğlub olan irlandiyalı döyüşçü Konor Makqreqor maraqlı açıqlaması ilə gündəmə gəlib.
Muxalifet.az "TASS"a istinadən xəbər verir ki, Makqreqor "İnstagram" hesabında Nurməhəmmədovun qələbəsini dürüst və ədalətli olduğunu etiraf edib.
İrlandiyalı döyüşçü Nurməhəmmədovla döyüşünü ətraflı təhlil edib. Konor, qeyd edib ki, idman nöqteyi-nəzərindən o, Nurməhəmmədovu yalnız bir raund udub, digər raunlarda isə məğlub olub.
Makqreqor Həbib tərəfindən mükəmməl zərbələr aldığını söyləməkdən də çəkinməyib: "Döyüş düz və ədalətli keçdi. Əla döyüş idi və mən bundan həzz aldım".
Xatırladaq ki, oktyabrın 7-də Las-Veqasda irlandiyalı Konor Makqreqorla keçirilmiş döyüş 30 yaşlı qaydasız döyüşçü, rusiyalı Həbib Nurməhəmmədovun qələbəsi ilə başa çatıb. O, dördüncü raundda hakimlərin yekdil qərarı ilə Konor Makqreqor üzərində qalib sayılıb.
Döyüşdən sonra Nurməhəmmədovun özü də daxil olmaqla, hər iki komandanın nümayəndələri arasında dava baş verib.