Mahmud Abbas Fələstin Dövlətinin BAŞÇISI OLDU

Baxış sayı:
4333

Fələstin Milli Şurası, Fələstin Milli Administrasiyasının rəhbəri Mahmud Abbası Fələstin Dövlətinin prezidenti seçib. Fələstin Xalq Qurtuluş Cəbhəsi ilə Həmas və İslami Cihadın qatılmadığı toplantıların yekun iclasında, Mahmud Abbas Fələstin Dövlət başçılığına seçilib. 122 ÜZVÜN SEÇKİSİ DƏ KEÇİRİLİB Fələstin Dövlət Televiziyasından canlı yayımlanan iclasda Milli Şuranın İdarə Heyətinin 15 üzvü də təsdiq olunub. İclasda həmçinin, Milli Şuranın Mərkəzi Komitəsinin 122 üzvünün seçkisi də baş tutub. Abbas, sözügedən iclasda etdiyi çıxışında, digər Fələstinli qruplara Milli Şuraya qoşulmaq imkanı vermək üçün İdarə Heyəti üzvlərinin sayını 15-lə məhdud tutduqlarını deyib. Əsasnaməyə görə, lazımi üzv sayının 18-ə çıxa biləcəyini deyən Abbas, lazım gələrsə, milli birlik üçün yeni üzvlər tapacaqlarını qeyd edib. Müxalifət.az