Lökbatanda ağır qəza: 2 nəfər öldü, 2-si isə yaralandı
4-05-2018 20:02
Baxış sayı:
5758
Lökbatan qəsəbəsindən paytaxta gələn yolda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Səhiyyə Nazirliyinin əməkdaşı Səfayə Əhmədova apa-ya bildirib ki, yük avtomobili ilə minik avtomobilinin toqquşması nəticəsində 4 nəfər xəsarət alıb.
Hadisə yerinə təcili tibbi yardım çağırılıb. Xəsarət alanlardan ikisi tibbi yardım maşını gəlməmiş yerindəcə keçinib. Xəsarət alan bir qadın və bir kişiyə isə ilkin tibbi yardım göstərildikdən sonra onlar Kliniki Tibbi Mərkəzə çatdırılıb.