Kutaisidə geniş etiraz aksiyası keçirildi

Baxış sayı:
369

Bu gün Kutaisidə müxalifət partiyalarının liderlərinin də iştirakı ilə etiraz aksiyası baş tutdu.
Muxalifet.az xəbər verir ki, etiraz aksiyasında etirazçılar Kutaisi meriasına doğru hərəkət etdilər.
Akiyaya qoşulan müxalif "Vahid Milli Hərəkat" partiyasının sədri Qriqol Vaşadze etiraz aksiyasının dinç xarakter daşıdığına vurğu edərək, ölkənin digər regionlarında da etiraz aksiyalarının başlayacağını bildirdi.
O etiraz aksiyalarının əsas tələbinin proporsional seçki sisteminə keçid qərarının alınması olduğunu qeyd edib.

Muxalifet.az