Kür çayında batan var - Axtarışlar başladı
2-08-2019 08:51
Baxış sayı:
5299
Kür çayının Yevlax şəhəri, Varvara kəndi ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.
Muxalifet.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə bu barədə məlumat daxil olub. Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.
Əlavə məlumat veriləcək.