​“Krıma 300-400 min nəfər rus köçürülüb” – TÜRK YURDU RUSLAŞDIRILIR

Rusiya Krımdakı demoqrafik vəziyyəti dəyişir.
Bunu Krım tatarlarının lideri, deputat Mustafa Cəmilov söyləyib.
“Onlar elə şərait yaradırlar ki, yarımadanın əzəldən sahibi olan insanlar buranı tərk etmək məcburiyyətində qalsınlar. Onların yerinə isə özlərinə loyal olan şəxsləri yarımadaya köçürürlər. Məsələn, 250 min insanı Donetsk və Luqanskdan Krıma gətiriblər. Gətirilən şəxslərin çoxu nə zamansa cinayətə yol vermiş insanlardır. 300-400 min nəfər isə Rusiya Federasiyasının müxtəlif yerlərindən Krıma köçürülüb. Bu, hərbi cinayətdir. Bunlar həddən artıq məxfi şəkildə aparılır. Prosesi aparan strukturların demək olar ki, heç birində bir nəfər də olsun Krım tatarı yoxdur”, – deyə o bildirib.
Qeyd edək ki, Rusiya Krımı qanunsuz olaraq 2014-cü ilin martında anneksiya edib.