Konqresə ara seçkiləri Tramp rəhbərliyi üçün nə anlama gəlir?

Baxış sayı:
5491

ABŞ-da Nümayəndələr Palatası və Konqresdə keçiriləcək ara seçkilər, Respublikaçı prezident Donald Trampın siyasi taleyini müəyyənləşdirəcək.
 
Respublikaçılar Nümayəndələr Palatası və Senatdakı hakimiyyətlərini qoruya biləcəkmi? Yoxsa, Demokratlar üstünlük əldə edib, Tramp rəhbərliyini küncəmi sıxışdıracaq?
Bu gün Senatdakı 100 yerdən 35-i, Nümayəndələr Məclisindəki 435 yerin hamısı üçün seçkiyə gedilir.
Demokratlar Nümayəndələr Palatasında üstünlük verərsə, hansı qanunun müzakirəsinə və komitə sədrlərinə qərar verəcək.
Bu da, Tramp rəhbərliyinin Rusiyaya bağlı olduğu iddiaları, iş müqavilələri və cinsi təcavüz ittihamları da daxil, bir çox iddianın dərindən araşdırılmasının önünü açacaq. Əgər Respublikaçılar Senatda üstünlüklərini saxlasalar, Trampın hökumət namizədlərini təsdiq etməsi davam edə və ABŞ məhkəmələrinə mühafizəkar hakimlər təyin edə biləcək.
ABŞ-da Demokrat Bill Klintonun prezident olduğu 1994-ci ildəki ara seçkilərində Respublikaçılar həm Nümayəndələr Palatasının, həm də Senatın nəzarətini ələ keçirərək Demokratların uğurunu iflasa uğratdılar. Demokratlar bu seçkidə, Konqresdəki 40 illik üstünlüklərini də itirmiş oldu. Klinton hakimiyyətinin son altı ilini özünə müxalif şəxslərin çoxluqda olduğu Konqresdə keçirdi, daxili siyasətdə əli qolu bağlandı.
Demokratlar həm Nümayəndələr Palatasını, həm də Senatı 2006-da Respublikaçılardan geri aldı. Bu da, Demokrat prezident Barak Obamanın iki il sonra da prezident seçilməsi ilə siyasi gündəmini hər hansı bir maneə olmadan həyata keçirməsinin qarşısını açmış oldu.
Respublikaçılar 2010-ci ildə Nümayəndələr Palatasında çoxluğu təmin edib, Obamanın rəhbərliyi zamanı əlini, qolunu bağladı. Respublikaçılar 2014-də Senatın nəzarətini də yenidən ələ keçirmiş və Nümayəndələr Məclisində də 1929-dan bu yana ən böyük çoxluğu təmin etmişdilər.
Müxalifət.az