Kök adamlar koronavirusu daha ağır keçirir - STATİSTİK GÖSTƏRİCİ

Baxış sayı:
2657

ABŞ sakinləri arasında ağır COVID-19 infeksiyasına yoluxanların, təxminən 63% -i dörd səbəbdən - piylənmə, hipertoniya, diabet və ürək çatışmazlığından əziyyət çəkənlərdir. 

Bu barədə “Journal of the American Heart Association” nəşrində dərc edilən məlumatda bildirirlib.

Alimlərin qənaətinə görə, sözügedən yoluxma hallarının, təxminən 30% -i artıq çəkidən ibarətdir.

Mütəxəssislər 2020-ci ilin fevral-noyabr aylarında reanimasiya şöbələrinə yerləşdirilən 907 min koronavirus xəstəsinin tibbi tarixini araşdırıb. Xəstələr arasında və ümumiyyətlə ABŞ sakinləri arasında sadalanan xroniki xəstəliklərin nə qədər baş verdiyi müqayisə edilib.

Bu qənaətə gəlinib ki, əgər koronavirus infeksiyasının ağır formaları xroniki xəstələrin təxminən üçdə ikisində (% 63) baş verib. Müəyyən edilib ki, diabet, hipertoniya və ürək çatışmazlığı ABŞ-da geniş yayılmasaydı, ağır COVID-19-a yoluxanların sayı 352 min nəfər az olardı./apa