Kim paradda danışmadı, Tramp onu təbrik etdi - İLK DƏFƏ - VİDEO/ FOTO

Baxış sayı:
2896

Şimali Koreya Xalq-Demokratik Respublikasının yaranmasının 70 illiyi münasibətilə Pxenyanda hərbi parad keçirilib.

Muxalifet.az xəbər verir ki, Şimali Koreyanın lideri Kim Çen In tribunada duraraq paradı qəbul etsə də, ilk dəfə olaraq nitq söyləməyib.Bundan başqa, Şimali Koreya tarixində ilk dəfə paradda hərbçilərlə yanaşı, hərbi inşaatçılar və hətta tibb bacıları tribunaların önündən keçiblər.

Kim Çen Inın əvəzinə paradda Şimali Ali Xalq Məclisinin sədri Kim Yon Nam danışıb. Onun nitqində əsas məsələlər müdafiə və hərbi nüanslar yox, iqtisadi inkişafla bağlı məqamlar idi.

Paradda Şimali Koreyanın hazırladığı yeni, nüvə başlıqları daşıya bilən "Hvason-15" qitəlararası ballistik raketi də nümayiş olunmayıb.

2 saatlıq paradın cəmi 20 dəqiqəsi hərbi texnikanın keçidinə ayrılmışdı.

ABŞ prezidenti Donald Tramp paradın belə keçirilməsindən çox razı qalıb.

O, Twitter-dəki mikrobloqunda yazıb: "Şimali Koreyanın yaranmasının 70 illiyi münasibətilə parad keçirildi, orada nüvə raketləri nümayiş olunmadı. Paradın mövzusu sülh və iqtisadi inkişaf idi. Bu görüntülər Şimali Koreyanın ölkənin nüvə silahından imtinaya meylli olmasını göstərir. Təşəkkür edirəm, Kim! Hər ikimiz sübut edəcəyik ki, hamı haqsızdır! Bir-birlərindən xoşlanan iki insanın dialoqundan yaxşı heç nə yoxdur!" /milli.az/

Kim paradda danışmadı, Tramp onu təbrik etdi - İLK DƏFƏ - VİDEO - FOTO

cKim paradda danışmadı, Tramp onu təbrik etdi - İLK DƏFƏ - VİDEO - FOTO