​Keçmişini unudan yunanlardan TƏHDİD: “CƏSARƏTLƏRİ VARSA...”

Baxış sayı:
5455

Yunanıstanın müdafiə naziri Panos Kammentos Türkiyəni “təhrikçi düşmən” adlandıraraq deyib: “Cəsarətləri varsa, torpaqlarımızın bir santimetrinə addım atsınlar. Birləşmiş yunanlar onları əzəcəklər. Biz onların təxribatları, təhdidləri və həqarətlərindən qorxmadıq. Bu, bizi daha da gücləndirir”. NATO üzvü olan iki ölkə arasındakı gərginliyin ardından nazir 7 min nəfər hərbçinin, Egey dənizinin Türkiyə sərhədinə yaxın hissəsindəki adalarda və Qərbi Trakyadakı bir sərhəd bölgəsində yerləşdirildiyini deyib. Öz ölkəsində də etirazla qarşılanır! Türkiyəni hədəfə alan açıqlamalar verən Yunanıstan baş naziri Panos Kammenos, öz ölkəsində də böyük etirazla qarşılanır. Hətta ana müxalifət partiyası olan Yeni Demokratiya Partiyası (YDP), yazılı açıqlamasında müdafiə nazirini yerdən-yerə vurmuşdu: “Kammenosun keçirdiyi əsəb tutmasını şərh eləməyə ehtiyac yoxdur. Kammenos müdafiə naziri kimi mühüm bir vəzifəyə layiq deyil”. Kammenosun özünün üzvü olduğu partiyadakı əmisi oğlu Dimitris Kammenos belə, baş nazirin çıxışının mübaliğəli olduğunu elan eləmişdi(hurriyyet.org).