​Kataloniya İspaniyaya 1 milyard zərər vurdu – RƏSMİ

Baxış sayı:
2143

Kataloniya böhranı İspaniyaya 1 milyard avro zərər vurub.
Muxalifət.az xəbər verir ki, bunu İspaniya mətbuatına açıqlamasında İqtisadiyyat naziri Luis de Qindos söyləyib. Qindosun fikrincə, zərərlər regionun iqtisadiyyatının zəifləməsi ilə bağlıdır:
“Əvvəllət Kataloniyada iqtisadi artım İspaniyadan ümumilikdə çox idi. O, İspaniya iqtisadiyyatının lokomotivlərindən biri idi. Bu ilin dördüncü rübündə o, yükə çevrilib”.