Kadırov: Konstitusiya dəyişilsin, Putinə QADAĞA ARADAN QALXSIN

Baxış sayı:
2275

Rusiya Prezidenti Vladimir Putinin alternativi yoxdur.
Muxalifət.az xəbər verir ki, bunu “İnterfaks” agentliyinə müsahibəsində Çeçenistan rəhbəri Ramzan Kadırov deyib. Onun sözlərinə görə, Putinin prezidentlik səlahiyyətlərini Konstitusiyada nəzərdə tutulmuş iki müddətdən daha çox etmək lazımdır:
“Biz başqa heç bir dövlət başçısı haqqında düşünməməliyik. Putinin alternativi yoxdur. Buna görə də biz onun dövlət başçısı səlahiyyətlərini iki müddətdən çox idarə etməsinə imkan verməliyik. Bunu Putindən də soruşmağımıza ehtiyacı yoxdur. Xalq, Federasiya Şurası, Duma və digər dövlət institutları təşəbbüslə çıxış edib, qərar verməlidir”.