The Jerusalem Post: “Keçmiş İsrail nazirləri erməni soyqırımını tanımağa çağırır”

Baxış sayı:
187

"Təəssüflər olsun ki,  İsrail bir vaxtlar  ABŞ Nümayəndələr Palatasının indi  davrandığı kimi davranmadı və bir vaxtlar Türkiyə ilə münasibətləri səbəbindən erməni soyqırımını tanımadı".

Bu haqda The Jerusalem Post  jurnalı  öz məqaləsində yazıb: «Əgər bir dövlət bu soqırımı görüb-yaşayan insanıar tərəfindən yaradılırsa, eyni şeyi yaşayan azlığın vəziyyətini başa düşməli idi”, deyərək "The Jerusalem Post"  jurnalı yazıb.

Muxalifet.az bu barədə az.armradio.am-səhifəsinə isinadla məlumat verir.

İsrail indi səhvlərini düzəltmək üçün real imkanlara malikdir. İsrail-Türkiyə münasibətləri yüksək səviyyədədir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sərt antisemit açıqlamalar verərək İsraili Qəzzadakı qətliamda günahlandırdı, Suriyanın Şimalında bir ay davam edən hərbi əməliyyat son iki ildə Qəzzadakı vəziyyətdən daha çox mülki insanları öldürdü və didərgin saldı. Dramaturq, jurnalist və İsrailin keçmiş maliyyə naziri Yair Lapid özünün “Twitter” səhifəsində yazıb: “ABŞ-ın Nümayəndələr Palatasında erməni soyqırımını tanımaq üçün verilən səs tarixi həqiqətə və ədalətə verilən səs idi. Türkiyənin dünyanı qorxutmasına imkan verməməliyik. Soyqırımı tanımaq üçün İsrailin erməni soyqırımını tanıması üçün mübarizəni davam etdirəcəyəm”.
İsrailin keçmiş təhsil  naziri Gideon Saar özünün Twitter səhifəsində oxşar paylaşım yerləşdirib.” ABŞ Nümayəndələr Palatasının 100 il əvvəl ermənilərin kütləvi qətllərini soyqırım kimi təsnifləşdirmək barədə mənəvi və prinsipial addımını alqışlayıram. İsrail də bu vəhşiliyi etiraf etməlidir”.

Muxalifet.az