​İtaliyada konsert YASA DÖNDÜ: Ölənlər və çoxsaylı yaralılar var

Baxış sayı:
4324

İtaliyanın Ankona şəhərində klubların birində baş vermiş izdiham 6 nəfərin ölümünə səbəb olub. Hadisə rep konserti zamanı baş verib. İzdiham nəticəsində 100-dən çox şəxs xəsarət alıb. Onlardan 12 nəfərinin vəziyyəti ağırdır . Qeyd olunur ki, konsert zamanı kiminsə gözyaşardıcı qaz sıxması panikaya səbəb olub. Həlak olanlardan 5 nəfəri yeniyetmə olub. Bildirilir ki, konsert zamanı klubda təxminən min nəfər olub. (trend)