İsveçdə Rusiya ilə bağlı hesabat yayıldı: Müharibəyə hazırlaşır

Baxış sayı:
8221

Rusiya yönümünü kiçikmiqyaslı münaqişələrdən qitəmiqyaslı münaqişələrə çevirib.
Muxalifet.Az xəbər verir ki, bu barədə İsveçdə Nüdafiə Nazirliyi üçün hazırlanan bir hesabatda bildirilib.
İsveç Müdafiə Araşdırma Agentliyinin hesabatına görə, Rusiya genişmiqyaslı bir döyüşün idarəetmə qabiliyyətini inkişaf etdirmək üzərində çalışır. Bunun üçün Rusiya hər istiqaməti əhatə edən təlimlər keçir.
Araşdırma mərkəzinin rəhbəri Yohan Norberq də açıqlamasında Rusiyanın Çin və ya NATO miqyasındakı aktorlara qarşı uzun sürən regional müharibələrə hazırlaşdığını bildirib.