İstanbulda tutulan BƏƏ casusu intihar etdi: ŞÜBHƏLİ ÖLÜM

Baxış sayı:
6973

Ötən günlərdə İstanbulda tutulan və Birləşmiş Ərəb Əmirliklərinin casusu olduğu aşkar edilən iki nəfərdən birinin saxlanıldığı Silivri Həbsxanasında intihar etdiyi öyrənilib.
 
Silivri Həbsxanasına göndərilən şübhəlilərdən Z.H.-nın həbsxanada qaldığı kamerada intihar etdiyi bildirilib.
 
MİT əməliyyatı ilə tutmuşdular
 
 Birləşmiş Ərəb Əmirlikləri üçün İstanbulda casusluq fəaliyyəti göstərdiyi iddia edilən iki kəşfiyyat casusu tutulmuşdu.
Şübhəlilərin Ankara və İstanbul arasında intensiv telefon və görüş yolunun diqqət çəkməsindən sonra texniki və fiziki təqibə aldıqları ifadə edilmişdi. Milli Kəşfiyyat Təşkilatı tərəfindən aparılan təqiblər nəticəsində iki kəşfiyyatçının Ankara, İzmir, İstanbul və Diyarbəkirdə çox sayda adamla görüşdükləri müəyyən edilmişdi.
Casusların sorğularında da Birləşmiş Ərəb Əmirlikləri adına casusluq fəaliyyəti göstərdiklərini etiraf etdikləri öyrənilmişdi.
Şübhəlilər polis əməliyyatlarından sonra sövq edildikləri məhkəmədə həbs olunaraq Silivri Həbsxanasına göndərilmişdi.
Verilən məlumata görə, şübhəlilərdən Z.H.-nın Silivri Həbsxanasında saxlanıldığı kamerada intihar etdiyi öyrənilib. İntihar nəticəsində şübhəlinin vəfat etdiyi bildirilib. İntiharda bəzi şübhəli məqamların olduğu bildirilir.
Müxalifət.az