İşsiz olub, işsiz statusu alıb, yardım əldə etmək istəyənlərin NƏZƏRİNƏ!

Baxış sayı:
7195

Xəbər verildiyi kimi, Nazirlər Kabinetinin yardım paketində 200 min işsizə 2 ay ərzində hər ay 190 manat ödənilməsi məqsədilə 70 milyon manat vəsait ayrılıb. Bu yardımı əldə etmək üçün ilk növbədə işsizlik statusunuzu rəsmiləşdirməlisiniz.

Son günlər mənə məşğulluq xidmətində işsiz kimi on-line qeydiyatdan necə keçməklə bağlı suallar daxil olur. Odur ki, bu barədə bildiklərimi sizinlə bölüşürəm. Əgər sistemdə problemlə qarşılaşsanız onda 108-ə zəng edin, əlavə məlumat alın.

1. www.e-sosial.az saytına daxil olun.

2. Əgər asan imza və ya elektron imzanız yoxdursa, onda istifadəçi Fərdi İdentifikasiya Nömrəsi (FİN) ilə daxil olmalısınız.

3. Onlayn qaydada İstifadəçi FİN-inin əldə olunması üçün

“Qeydiyyatdan keçin” düyməsini seçərək şəxsiyyət vəsiqənizin FİN kodunu və adınıza olan mobil nömrənizi daxil edin. Şəxsiyyət vəsiqəsində (həm köhnə və həm də yeni versiyada) FİN kodunun tapılması qaydasını bu mətnə şəkil bölməsində əlavə edirəm.

Gubad Ibadoglu adlı şəxsin şəkli.

Gubad Ibadoglu adlı şəxsin şəkli.

4. Mobil telefonunuza gələn aktivasiya kodunu uyğun xanada yazıb, öz şifrənizi təyin etməklə qeydiyyatınızı tamamlayın.

5. İstifadəçi FİN ilə daxil olun, şifrənizi yığın və məşğulluq bölməsinə daxil olub, orda uyğun məlumatları yerləşdirin.

Əlavə suallarınızı şərh bölməsində yaza bilərsiniz.

Zəhmət olmazsa:

1) Oxuyandan sonra paylaşın ki, daha çox işsiz müraciət edə bilsin.

2) Qeydiyyatdan keçənlər şərh yerində təcrübələrini bölüşsün.

Qubad İbadoğlu,

Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri, iqtisadçı alim