İsrailli deputatdan insanlığa SIĞMAYAN AÇIQLAMA

Baxış sayı:
2581

İsraildəki ifrat sağçı deputat Smotriç, Fələstinin mübariz simvolu olan 17 yaşlı gənc qız Ahed et-Temiminin dizindən vurulması lazım olduğunu söyləyib.
 
İsraildəki “Yəhudi Evi” Partiyasından Bezalel Smotriç, Fələstinin mübarizə simvolu olan cəsur qız 17 yaşlı Ahed et-Temiminin "ən azından dizindən” vurulması lazım olduğunu bildirib.
İsrailli deputat Smotriç, Twitter hesabından paylaşdığı bir yazıda "Məncə o qız (Ahed et-Temimi) ən azından dizindən vurulmalıdır. Beləliklə, həyatı boyu ev həbsinə məhkum olardı" deyə, qeyd edib.


 
FƏLƏSTİNLİ CƏSUR QIZ AHED ET-TEMİMİ
 
“Meretz” Partiyasının deputatı Miçal Rozin isə sözügedən açıqlamaya, "Özündən utanmalısan, keçən həftə İsrailli yəhudilər İsrail ordusunun əsgərlərinə daş atdı, məgər onlara atəş açdılar"? deyə, təpki göstərib.
Qeyd edək ki, İsrail əsgərləri, 8 ay həbs cəzasına məhkum edilən Ahed et-Temimiyi 19 dekabr 2017-ci ildə ailəsiylə yaşadığı evə təşkil etdiyi basqınla nəzarətə almışdı.
 
İSRAİL HƏBSXANASINA QOYULDU
 
İşğal altındakı Qərbi Şerianın Ramallah şəhəri yaxınlığındakı Nəbi Saleh qəsəbəsində yerləşən evinin həyətinə zorla girən İsrail əsgərinə yumruq atdığı görülən videosu nümayiş olunan Ahed, İsrail əsgərlərinə "hücum" ilə ittiham olunurdu. Videoda Ahedin yanında olduğu görünən əmisioğlu Nur et-Temimi də daha sonra nəzarətə alınaraq hərbi həbsxanaya qoyulsa da, bir müddət sonra girovla azadlığa buraxılmışdı.
Fələstinli "cəsur qız" kimi də tanınan Ahed, 2012-ci ildə qardaşı saxlanıldığı zaman İsrail əsgərlərinə qarşı göstərdiyi davranış səbəbindən İstanbulda "Hənzələ Cəsarət Mükafatı"na layiq görülmüşdü. Ahed, baş nazir olduğu dövrdə prezident Rəcəb Tayyib Ərdoğanla da görüşmüşdü.
Temimi, işğal altındakı Qərbi Şeriada yerləşən İsrail hərbi həbsxanasında saxlanılır.
Müxalifət.az