İsrail Səudiyyə Ərəbistanını müdafiə etdi

Baxış sayı:
4711

İsrailin baş naziri Binyamin Netanyahu Camal Qaşıqçı cinayətinə dair verdiyi açıqlamada, "İstanbulda baş verənlər dəhşətlidir. Hər bir ölkə bu məsələ ilə bağlı nə edəcəyinə qərar verməlidir, amma Səudiyyə Ərəbistanında sabitlik pozularsa, təkcə Yaxın Şərqdə deyil, bütün dünyada sabitlik pozular" deyərək Səudiyyə Ərəbistanına dəstəyini ortaya qoyub.
 
İsrail Mətbuat Ofisinin xarici mətbuat nümayəndələri üçün keçirdiyi yeni il görüşündə çıxış edən Netanyahu, gündəliyə dair məsələlərlə bağlı açıqlama verib.
Netanyahu İranın Suriyaya İsrailin hər nöqtəsini vura biləcək tutuma malik raketləri gətirməkdə ittiham edib və Tehran rəhbərliyinin İsraili məhv etmək istədiyini iddia edib.
Müxalifət.az