​İsrail ərəb birliyinə qoşulur – İRANA QARŞI

Baxış sayı:
1115

İranın Suriyadakı hegemonluğunun qarşısını almaq üçün ərəb koalisiyasına qatılacağıq.
Muxalifət.az xəbər verir ki, bunu Hertzilya Universitetində çıxışı zamanı İsrail ordusunun Baş Qərargah rəisi Qadi Eyzenkot söyləyib. Onun sözlərinə görə, İran şiə hilalı qurmağa çalışır:
“İran İraq, Suriya, Livan, Yəmən, Bəhreyn və Fələstin vasitəsilə nüfuzunu artırmağa çalışır. Tehranın yalnız HƏMAS və Hizbullaha illik yardımlarına nəzər yetirin. Kəşfiyyatdan aldığımız məlumata görə, hazırda Suriyada 2 min iranlı hərbi məsləhətçi, 8 min Hizbullah döyüşçüsü, 10 min nəfər İraq, Əfqanıstan və Pakistandan İrana bağlı şəxs var”.