İsrail Ordusunda bir Türk! Böyük təpkiyə səbəb oldu

Baxış sayı:
5527

Türkiyədə bədəlli əsgərlik tətbiqi gündəmdəykən həm Türk, həm də İsrail vətəndaşlığına sahib olan qadınların İsraildə məcburi hərbi xidmət keçməsi ortaya çıxıb. İki ölkə arasındakı razılaşmaya görə, ikili vətəndaşlığı olanlar istədiyi ölkədə xidmət edə bilərlər. Ancaq Türkiyədə qadınlar əsgəri xidmətə çağrılmadığı üçün ikili vətəndaş olan qadınlar İsraildə məcburi olaraq hərbi xidmət keçirlər.
 
“Vətən” qəzetinin xəbərinə görə, İsrail Ordusunda (IDF) məcburi olaraq hərbi xidmətə çağırılan ikili vətəndaşlardan biri də Şanlıurfalı Sabiha İrəm Çevikdir. Halfetidə doğulan və İsrailin paytaxtı Təl-Əvivdəki məşhur liman bölgəsi Yafada yaşayan Çevik, 2017-də hərbi xidmətə çağırılıb. 28 iyul 2019-da ordudan tərxis olunacaq olan Sabiha İrəm Çevik, eyni zamanda İsrail ordusunun keçirdiyi əməliyyatlarda aktiv olaraq iştirak edir.
 
“HƏMAS” BÖLGÜSÜ
 
Son olaraq 29 avqustda İsrail ordusunun Qəzzaya təşkil etdiyi əməliyyatda iştirak edən Çevik, bunu sosial media hesabından "Qəzzadan “Həmas”ı təmizləmək üçün əməliyyat başlayıb. Birliklərimiz 5 km. İçəri girib” deyə, paylaşma edib. Əməliyyat zamanı canlı yayım aparan Çevik, bu görüntülərə görə, tənqidlərin hədəfi olub. Sabiha İrəm Çevik, xüsusilə Qəzza əməliyyatıyla bağlı ona yönələn söyüşlərdən sonra sosial media hesablarını bağlayıb.
 
İKİLİ VƏTƏNDAŞLAR SEÇİM EDƏ BİLİR
 
Kişilər bədəlli əsgərlik tətbiqi və orduda müddətinin İsrailə görə çox qısa olması səbəbiylə orduda xidməti üçün Türkiyəyə üstünlük verirlər. İsrail ordusunda bir kişi 3 il orduda xidmət edərkən, Türkiyədə bu müddət öyrənmə vəziyyətinə görə, 6 ilə 12 ay arasında dəyişir. Bədəlli əsgərlikdən istifadə edən ikili vətəndaş kişilərin bu imkanı varkən, ikili vətəndaşlığı olan qadınların belə imkanı yoxdur və 2 il icbari olaraq İsrail ordusunda xidmət etməlidirlər. İkili vətəndaşlığı olan müğənni Linet də eyni səbəbdən bir müddət İsraildə məcburi hərbi xidmət keçmək məcburiyyətində qalmışdı.
Müxalifət.az