“İsrail bizi vura bilməz” – İrandan açıqlama

Baxış sayı:
4384

İsrailin, Rusiyanın Suriyaya verdiyi S-300 raketdən müdafiə sistemlərini vurmaq niyyətində olduğu açıqlamasını “Russia Today” televiziyasına (RT) dəyərləndirən Laricani, “İsraillilərin hər hansı bir ciddi addım atacağını düşünmürəm” deyib.
 
Laricani, İsrailin S-300-ləri vuracaq səviyyədə olmadığını irəli sürüb.
“Rusiya Suriyaya S-300 hava müdafiə sistemlərini yerləşdirmək və öz maraqlarını qorumaq hüququna malikdir, xüsusilə İsrailin Rus təyyarəsinə təcavüzündən sonra. Bu, Rusiyanın qanuni haqqıdır" deyə Laricani bildirib.
Qeyd edək ki, daha öncə İsrailin regional əməkdaşlıq naziri Tsahi Hanegbinin, Suriyaya S-300 gətirilməsinin, İsrailin inventarındakı ABŞ istehsalı F-35 döyüş təyyarələrinin fəaliyyətinə təsir etməyəcəyini demişdi.
Müxalifət.az