​İsrail 12 fələstinlini də HƏBS ETDİ

Baxış sayı:
2155

İsrail əsgərləri işğal altındakı İordan çayının qərb sahilində 12 fələstinlini həbs edib.
Muxalifət.az xəbər verir ki, İsrail ordusundan verilən açıqlamada fələstinlilərin terror hadisələri ilə bağlılığı olduğu üçün saxlanıldığı bildirilib.
Qeyd edək ki, İordan çayının qərb sahilində və Şərqi Qüdsdə tez-tez evlərə hücum edən İsrail qüvvələri müxtəlif iddialarla fələstinliləri həbs edir. Fələstinin rəsmi məlumatına görə, İsrail həbsxanalarında 300-ü uşaq olmaqla, təxminən 7 min fələstinli var.