​İSLAM ÖLKƏSİNDƏ ŞOK: Evli olmadan sevişən cütlük belə cəzalandırıldı - VİDEO

Baxış sayı:
4411

İndoneziyada evli olmadığı halda cinsi əlaqədə olan cütlük qəribə formada cəzalandırılıb.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, hadisə ölkənin islam-əxlaq polisi olan, şəriət qaydaları ilə idarə olunan yeganə əyaləti Açexidə yaşanıb.  Gənc kişi və qadını cəzalandırmaq üçün hər kəsin gözü qarşısında üzərlərinə kanalizasiya suyu töküblər. 
Bildirilir ki, Şəhər Planlaması və Regional İnkişaf üzrə şuranın rəhbəri olan kişi tez-tez öz işçisinin evinə gedirmiş. Qəzəblənən qonşular onları sorğu-sual edəndə cütlük dini nikah haqda şəhadətnamə göstəriblər. Əgər sənəd saxta olarsa, hər ikisini ictimaiyyət qarşısında şallaqlanma gözləyir.