​İŞİD-in üç yaşlı “xilafət”inə son qoyuldu - Ordudan BƏYANAT

Suriya ordusu İŞİD terror təşkilatı üzərində qələbəsini elan edib.
Muxalifət.az xarici mediaya istinadən xəbər verir ki, ordudan verilən açıqlamada İŞİD-in əlində olan son məntəqə - Əbu Kamal qəsəbəsinin ələ keçirildiyi bəyan edilib.
Məlumata görə, İŞİD terrorçuları ölkəni tərk etmək üçün şərq və şimal istiqamətində qaçırlar.
Qeyd edək ki, Əbu Kamal Fərat çayı sahilində, İraq sərhədində yerləşir. Bölgədə İŞİD-in əlində bəzi ərazilər qalsa da, Əbu Kamalın itirilməsi İŞİD-in 2014-ci ildə Suriya və İraq torpaqlarında elan etdiyi “xilafət”in sonu olaraq qəbul edilir.