​İrəvan Boltonun açıqlamalarına cavab verə bilmədi

Baxış sayı:
5557

Ermənistanın icraedici hakimiyyəti ABŞ prezidentinin müşaviri Con Boltonun və səfir Riçard Milsin açıqlamalarına müvafiq şəkildə cavab verə bilmədi.
Muxalifet.az xəbər verir ki, bu sözləri Ermənistan parlamentinin xarici əlaqələr komissiyasının sədri Armen Aşotyan jurnalistlərlə söhbət zamanı deyib.
Aşotyanın fikrincə, Qarabağ münaqişəsini yalnız bəyanatlar, müxtəlif sənədlər imzalamaq, ATƏT Minsk Qrupunun həmsədrlərinin press-relizləri və münaqişə edən tərəflərin dövlət başçılarının rəsmi açıqlamaları ilə nizama salmaq olmaz.
“Lakin bütün bunlar problemin həllinə gətirib çıxaracaq siyasi şərtləri və çərçivələri hazırlayır. Bu mənada Avropa parlamentinin siyasi qiymətləndirmələri sonradan sənəd kimi istinad olunması üçün çox vacibdir”, - Aşotyan bildirib.
Boltonun Ermənistana səfərinə gəlincə, Aşotyan Cənubi Qafqazın ABŞ üçün dəyərli olmadığını iddia edib.
Deputatın sözlərinə görə, bölgə ABŞ və Rusiya tərəfindən İrana yaxınlığı səbəbindən müəyyən maraq kəsb edir.
“Həm Vaşinqton, həm də Moskva regionda siyasi kapitallarını toplayaraq özlərinin sonrakı hədəfləri üçün nüfuzlarını artırmağa çalışırlar”, - Aşotyan vurğulayıb.