​İraq prezidenti Britaniya vətəndaşlığından imtina etdi

Baxış sayı:
1576

İraq prezidenti Bahram Saleh Böyük Britaniya vətəndaşlığından imtina edib.
Muxalifet.az RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə prezident dəftərxanasından bildirilib.
Məlumata əsasən, yenicə prezident seçilən Bahram Saleh konstitusiya tələblərinə əsasən bu addımı atıb.
Qeyd edək ki, Bəhram Saleh İraq parlamenti tərəfindən 2018-ci ilin oktyabrında prezident seçilib. Daha əvvəl o İraq Kürdistanının rəhbəri vəzifəsini ica edib.