İranlılar Amerikaya məxsus pilotsuz təyyarəni qaçırmağa cəhd ediblər

Baxış sayı:
3499

İran hərbi gəmisi Fars körfəzində ABŞ-a məxsus “Saildrone Explorer” pilotsuz təyyarəsini qaçırmağa cəhd edib.

Qafqaz.media İsrail mediasına istinadən xəbər verir ki, beynəlxalq sularda PUA-nım ələ keçirilmə cəhdi ABŞ Hərbi Dəniz Qüvvələrinin 5-ci Donanması tərəfindən dəf edilib.

ABŞ Hərbi Dəniz Qüvvələri Mərkəzi Komandanlığının rəsmi açıqlamasına görə, İslam İnqilabı Keşikçiləri Korpusuna məxsus gəminin qarşısını almaq üçün Amerikanın “Thunderbolt” patrul gəmisi və MH-60S Sea Hawk helikopteri hərəkətə gətirilib.

İranlı dənizçilər Pilotsuz Yerüstü Vasitə (USV) yedək kabelini bağladıqdan sonra amerikalı zabitlər qanunu pozan gəminin kapitanı ilə əlaqə saxlayıb və qanunsuz fəaliyyətlərin dayandırılmasını tələb ediblər. ABŞ Hərbi Dəniz Qüvvələrinin helikopterinin pilotsuz təyyarəyə yaxınlaşmasından sonra iranlılar kabeli açaraq hadisə yerini tərk ediblər.

ABŞ Hərbi Dəniz Qüvvələrinin 5-ci Donanmasının sözçüsü bildirib ki, “Saildrone Explorer” naviqasiya və məlumatların toplanması üçün sensorlar, radarlar və kameralarla təchiz olunub. "Bu qurğular kommersiya baxımından mövcuddur və milli təhlükəsizlik baxımından həssas və ya məxfi məlumatları saxlamır", - mətbuat xidməti bildirib.

ABŞ Dəniz Komandanlığının nümayəndələri onların dəniz gəmisini qaçırmaq cəhdini "qeyri-adi və əsassız" insident adlandırıblar. ABŞ Hərbi Dəniz Qüvvələrinin Mərkəzi Komandanlığı, ABŞ 5-ci Donanması və Birgə Dəniz Qüvvələrinin komandanı, vitse-admiral Bred Kuper hadisə ilə bağlı verdiyi açıqlamada İİKK dənizçilərinin hərəkətlərini “peşəkar donanmaya yaraşmayan davranış” adlandırıb.