​İrandan təhlükəli həmlə - HƏRBİ GƏMİ GÖNDƏRƏCƏK

Baxış sayı:
7579

Muxalifet.az xəbər verir ki, İranın Atlantik okeanına hərbi gəmi göndərəcəyi bəyan edilib. Gəminin xidmət dövrünün 5 ay olduğu bildirilir. Dünya mətbuatında bu həmlənin İranın ətrafını hərbi gəmi və təyyarələrlə əhatə edən ABŞ-a qarşı cavab addımı olduğu şərhləri verilir.
İran qarşıdan gələn may ayında Atlantik Okeanına hərbi gəmilər göndərməyi qərara alıb.
İranın Dəniz Qüvvələrinin admiralı Turec Hasani Mukaddem, İranın Atlantik okeanına hərbi gəmi göndərəcəyini və gəminin 5 ay müddətində okeanda xidmət edəcəyini bildirib.
Atlantik okeanı Şimali və Cənubi Amerika qitələri ilə Avropa və Afrika qitələri arasında yerləşir. Dolayısı ilə bu həmlə, ABŞ-ın İran ətrafında təyyarə gəmisi yerləşdirməsinə cavab kimi qiymətləndirilir.