İranda “zəngin uşaqları” Məhərrəm ayını BELƏ QEYD ETDİ - VİDEO

Baxış sayı:
13438

İran İslam Respublikasında hər iI olduğu kimi Məhərrəm ayı xüsusi qeyd olunur.
“Ölkə.Az” xəbər verir ki, bu dəfə zəngin övladları avtomobilləri ilə şəhərin küçələrində maşın karvanında səsgücləndirici vasitəsi ilə Kərbəla şəhidlərinə həsr olunmuş  mərsiyələr oxudub, bayraqlar qaldırmaqla qeyd ediblər.
Bunu Maltalı analitik Babək Taqvey Təbriz küçələrində İranın varlı balalarının bahalı maşınlarla məhərrəmliyi qeyd etməsini lentə alıb. O, videonu sosial şəbəkədəki hesabında paylaşıb.
Babək  qeyd edib ki, gənclər öz bahalı ABŞ istehsalı olan avtomobilləri ilə küçələrdə hərəkət edərək Kərbəla şəhidlərinə həsr olunmuş mərsiyələr oxudublar. Maşın karvanında əsasən Ford Mustang Shelby versiyasından olan avtomobillər yer alıb.