İranda nazirin səs yazısı ilə bağlı QALMAQAL BÖYÜYÜR

Baxış sayı:
3654

Zərif aprelin 28-də Instagram-da yazıb ki, həmin audiodakı fikirlərinin “əsas məqamı” “bu iki qanadın münasibətinin ağılla uyğunlaşdırılması ehtiyacı”dır
 
Tehran xarici işlər naziri Məhəmməd Cavad Zərifin səs yazısının yayılmasında əli olduğu düşünülən 15 nəfərə səfər qadağanı qoyub.

 
Bu barədə məlumatı aprelin 29-da ISNA agentliyi verib.
 
Bu səs yazısı nazirin geniş müsahibəsində yayınlanması nəzərdə tutulmayan hissə idi.
 
Zərif həmin hissəsdə İslam İnqilabı Keşikçiləri Korpusunun ölkə siyasətində oynadığı aşırı roldan gileylənirdi.
 
Londonda mənzillənmiş farsdilli peyk telekanalının aprelin 25-də səsləndirdiyi audioyazıda Zərif xarici siyasətdəki nüfuzunun “sıfır” olduğunu deyirdi.
 
ISNA ölkə ədliyyəsinə istinadən xəbər verir ki, həmin müsahibə ilə əlaqəsi olan 15 nəfərə səfər etmək qadağan olunub.
 
Səs yazısı İran mühafizəkarlarını qəzəblənirib. Onlar səs yazısının sızmasını “casusluq aktı” adlandırır, Məhəmməd Cavad Zərifin istefasını tələb edirlər.
 
IRNA dövlət xəbər agentliyinin verdiyi məlumata görə prezident Həsən Ruhani aprelin 29-da müsahibəni hazırlayan qurumun başçısını vəzifəsindən kənarlaşdırıb.
 
Hakimiyyət bildirir ki, müsahibə hökumət rəsmiləri ilə bağlı geniş bir layihə üçün hazırlanırdı və ictimaiyyətə açıqlanmaq üçün yox, xidməti istifadə üçün nəzərdə tutulmuşdu.
 
IRNA xəbər verir ki, Strateji Tədqiqatlar Mərkəzinin rəhbəri Hüsaməddim Aşenanı həmin postda kabinet sözçüsü Əli Rabieyi əvəz edib.
 
Media xəbərlərinə görə Zəriflə 7 saatlıq müsahibədə şəxsən iştirak edən Aşena həm də prezidentin müşavirlərindəndir.
 
Region ölkələrinə səfərdə olan Zərif səs yazısının sızmasından təəssüf bildirib və deyib ki, onun dedikləri təhrif olunub.
 
Ruhani səs yazısının yayılmasını nüvə danışıqları ilə bağlayır
 
İran Prezident Həsən Ruhani deyir ki, xarici işlərinin nazirinin səsyazısının sızdırılmasında məqsəd nüvə danışıqları vaxtı “bölücülük” yaratmaqdır. Məhəmməd Cavad Zərif həmin səsyazısında öz səlahiyyətinin məhdudluğundan danışır.
 
Hazırda İranla dünya gücləri 2015-ci il nüvə sazişini dirçəltməyə çalışırlar.
 
Kəşfiyyat Nazirliyi “bu lentin necə oğurlanmasını tapmaqdan ötrü əlindən gələni etməlidir”, – Ruhani aprelin 28-də hökumətin həftəlik iclasında deyib.
 
“Biz yalnız birlik yoluyla sanksiyaları qaldıra bilərik”, – o, sözlərinə əlavə edib.
 
Vyana danışıqlarının hədəfi Birləşmiş Ştatları 2015-ci il sazişinə qaytarmaq, Tehranı öhdəliklərini əməl etməyə inandırmaqdır.
 
Ruhaninin prezidentliyinin birinci dönəmində, Zərifin başçılığı ilə aparılan danışıqlar nəticəsində nüvə sazişi imzalanıb. Bundan sonra İranın nüvə proqramını məhdudlaşdırması əvəzində Tehrana beynəlxalq sanksiyalar qaldırılıb.
 
Ancaq Donald Tramp 2018-ci ildə Vaşinqtonu sazişdən çıxararaq sanksiyaları bərpa edib. Bundan bir il sonra İran da nüvə fəaliyyətini sürətləndirib.
 
***
 
Zərif orduyla diplomatiyanı ‘uyğunlaşdırmaq’dan danışır
 
İranın Xarici işlər naziri Məhəmməd Cavad Zərif orduyla diplomatiya arasında “ağıllı uyğunlaşdırma” tərəfdarı olduğunu deyir. O, səs yazısı qalmaqalından sonra ilk açıqlamasını verib.
 
Həmin səs yazısında Zərif deyir ki, İran ordusu nə nüfuzlu İslam İnqilab Keşikçiləri Korpusu (İİKK) diplomatiyaya çox təsir göstərir.
 
Zərif aprelin 28-də Instagram-da yazıb ki, həmin audiodakı fikirlərində “əsas məqam” “bu iki qanadın münasibətinin ağılla uyğunlaşdırılması ehtiyacı”dır.
 
O, “hüququ strukturlar vasitəsilə və ali dini liderin rəhbərin nəzarəti altında prioritetlər müəyyənləşdirməyin” vacibliyini də vurğulayıb.