​İranda iğtişaşlar zamanı nazirliyin 3 əməkdaşı ÖLDÜRÜLDÜ

Baxış sayı:
746

İranın Piranşəhr sərhəd bölgəsində Təhlükəsizlik Nazirliyinin 3 əməkdaşı həlak olub.
Muxalifət.az xəbər verir ki, bu barədə İran İslam Respublikasının Keşikçilər Korpusundan (SEPAH) bildiriblər.
Məlumata əsasən, yanvarın 3-də Piranşəhr sərhəd bölgəsində İran təhlükəsizlik qüvvələri ilə bir qrup silahlı arasında atışma baş verib.
Atışma nəticəsində Təhlükəsizlik Nazirliyinin 3 əməkdaşı həyatını itirib.